Close

MENYU

(+994 55) 577-01-04
(+994 51) 630-06-98

Email:

DAŞLIQ BAĞLAR

Daşlıq bağların quraşdırılması dəbi və ənənəsi şərqdən gəlir. Dizayner və ya fantaziyaya uyğun daşlıq bağlar üslubuna və ölçülərinə görə müxtəlif ola bilərlər. Onların təyinatı - düşünülmüş incəsənət əsərini daşlar vasitəsi ilə yaratmaqdır. Belə rokarinin yaradılmasında əsas məsələ bağın dizaynının və evin memarlığının üst üstə düşməsidir. Daşlıq bağların sinifləşdirilməsi xeyli çətindir - çünki hər bir ayrı halda fərqli obraz yaranır. Bu dağlıq təbiətin bir güşəsini əks etdirən landşaft bağı, təbiətin qanunlarına zidd olan daşlardan və bitkilərdən olan fantaziya, eləcə də rəssamın əlində obraz yaratmaq üçün daşlar, sular, bitkilər alət olan abstrakt kompozisiya ola bilər. Fantaziya bağlarında hər bir incəsənət qərarı öz yerini tapır, bitkilər isə stilist rolunu oynayır.

Daşlıq bağlar – bağ sənətinin hər bir yenilik və improvizasiyalarını istifadə etməyə imkan verən xüsusi janrıdır.