Close

MENYU

(+994 55) 577-01-04
(+994 51) 630-06-98

Email:

Dekorativ Panellər

Müxtəlif dekorativ məmulatlar vasitəsilə şəhərdən kənar sahənizi bəzəməyin minlərlə üsulu mövcuddur. Lakin, bizim iqlim şəraitimizdə onlar estetik gözəllikdən savayı, davamlı, etibarlı və uzunömürlü olmalıdırlar.

Landşaft dizaynında lazer vasitəsilə kəsim çoxlu sayda tapşırıqları həll edir və külli miqdarda mühəndis aspektlərinə qarşı tətbiq olunur. Belə ki, metaldan kəsilmiş bəzəkli panellər hasar kimi darıxdırıcı görünüşə tamamilə fərqli şəkil verir. Harmoniyaya riayət olunması üçün eyni naxışlar ilə köşkün divarlarını, artırmadakı məhəccərləri, darvazanı və sahənizdəki digər elementləri də eyni üslubda bəzəyə bilərik.

Ornamentli irimiqyaslı metal panno qaraj və ya sarayın divarlarını bəzəyərək, bir qayda olaraq, bir o qədər də gözə çarpmayacaqdır, bu cür panellərin altındakı süni işıq isə gecənin düşməsi ilə sizin sahənizi rahat edəcək və ona bayram əhval – ruhiyyəsi bəxş edəcəkdir. Panno vasitəsilə məsələn, zibil zonasının görüntüsünü gizlətmək mümkündür. Lazerli kəsim texnologiyası çoxlu sayda digər dekorativ konstruksiyaları yaratmağa icazə verir: cığırların işıqlandırılması üçün abajurlar, bağ heykəlləri, ocaqlar, manqallar, arakəsmələr. Onların tətbiqi sahənizə təkrarolunmazlıq bəxş edəcək və istənilən hava şəraitində il ərzində onların estetik gözəlliyini qoruyub saxlayacaqdır.

Bu qalereyadakı cəmi şəkil sayı - 40