Close

MENYU

(+994 55) 577-01-04
(+994 51) 630-06-98

Email:

SU HÖVZƏLƏRİ

Dekorativ bağda su hövzələri bağın ən cazibədar, ən romantik hissəsidir. Onlar landşaft nağıl kimi bəzəyir və sizə aramlıq və hüzur bəxş edir. İstirahət və müsbət enerji verir. Hətta ən xırda və iddiasız su hövzəsi bağı əsil vahəyə çevirə bilər və siz burada rahatlıq tapa və ruhən dincələ bilərsiniz. Bağda istənilən formalı su hövzəsi yaratmaq olar: süni göl və bulaq, şəlalə və fəvvarə, bataqlıq və kiçik gölməçə. Bu elementlər əksər hallarda bir birini tamamlaya bilər, məsələn gölə tökülən şəlalə. Konkret bir şeyi də seçmək olar, ya da öz zövqünə görə kombinasiya yaratmaq da. İstənilən halda sizin bağınızda bir fərdilik meydana çıxacaq. Landşaft tikintisində tətbiq edilən su hövzəsi tiplərini nəzərdən keçirək.

Müdriklərdən biri belə demişdir ki, əsas nə istədiyini deyil, nə istəmədiyini dərk edib işə başlamaqdır. Bağlarda qurulan bütün su hövzələri təyinatına görə bölünür, yəni yaraşıq olaraq ya da çən kimi istifadə olunur. Tətbiq edilən texnologiyalar, materiallar və tamamlanmış obyektin xarici görünüşü hansı su hövzəsi tipinin seçilməsindən asılı olacaq.

06/01/2017
81
06/01/2017
78
06/01/2017
75
06/01/2017
73